Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib.
Rakus.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında ölüb.
Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də, Azərbaycan çempionatının qalibi olan, xüsusən qadın güləşinin inkişafında böyük pay sahibi olan İ.Hüseynov uzun illərdir qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.
Allah rəhmət eləsin!