İdman 02.09.2019 10:19

Məşqçinin məşqçiyə əl qaldırması qeyri-etikdir – Ramin Musayev

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Prenyer Liqasında III turun “Səbail” – “Qarabağ” matçından (0:4) sonra brifinq keçirib.

– “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?

– Yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız “Sevilya”dır. O biri rəqiblərdən çəkinmirik. Nəsə etmək olar.

– Konkret nə?

– “Sevilya”dan ən azı 1 xal almaq olar (gülür). Niyə də yox?!

“Neftçi” – “Sumqayıt” matçında baş verənlərdən məlumatınız varmı? Varsa, olanları necə şərh edərdiniz?

– Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü hər şeyi, yekun nəticəni biləcəksiniz.

Şəxsi fikriniz nədir?

– Olmamalı idi. Olubsa, buna cavab olmalıdır. Xoşagəlməz hadisə məşqçinin baş məşqçiyə əl qaldırmasıdır. Futbolda qalan hər şey olur – hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir. Belə olmamalıdır, baş verməsi düzgün deyil.

– İlk 3 turu necə dəyərləndirirsiniz və çempionatın səviyyəsi sizi qane edirmi?

– Cəmi 3 turla çempionatın səviyyəsi bilinməz. Bu, 5-6 turla bilinər. Bu dəqiqə komandalar istirahətdən qayıdıblar. İndi baş məşqçilər öz fikirlərini, taktikalarını yeridə bilməz. Futbolçular dincəlməkdən yeni gəliblər. Sözsüz ki, avrokuboklarda çıxış edən “Qarabağ”la “Neftçi” üçün vaxt gözləməyə ehtiyac yoxdur. Ancaq digər komandalar üçün vaxt lazımdır.

– “Qarabağ”ın 4:0 hesablı səfər qələbəsinə sevindiniz, yoxsa “Səbail”in eynihesablı məğlubiyyətinə məyus oldunuz?

– Məyus olmalı bir şey yoxdur. Çünki “Qarabağ” futbolda artıq öz sözünü demiş komandadır. Belə götürsək, hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəksiniz, Ramin müəllim yenə “Səbail”i tərifləyir, ancaq 0:4 uduzsa da, gənc futbolçularla da olsa, oyun göstərdi.

– “Neftçi” ilə azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa, oyuna kim baxacaq?

– Televizorda oyuna baxırdıq da. Deyirsiniz ki, az qala stadiondan çıxarırlar. Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də etmişəm, yardım da. Bir problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz. Heç kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdır.

– Sponsor məsələsi hələ də açıq qalır?

– Həll olunmalıdır. Ötən gün də saat 2 radələrində danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. İki namizəd var. Hər ikisi də əcnəbi şirkətdir. (Report.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO