Gündəm 16.08.2019 15:14

Meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir – Tağıyeva

“Son illərdə hava şəraitini proqnozlaşdırmaq daha çətin və mürəkkəb olub. Bunun səbəbləri ilə bağlı müxtəlif fikirlər, fərziyyələr var, bu suala birmənalı cavab vermək çətindir. Əgər əvvəllər ilin fəsilləri və onlara səciyyəvi  hava şəraiti daha aydın biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər “sürüşür”, meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir”.

Rakus.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan  A. Mədətzadə və Ə. Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən  əsas sinoptik  proseslər təhlil edilib: “Əgər 90-cı illərdə bu proseslərin başlanmasını, inkişafını və dinamikası izləmək tam mümkün idisə, hazırda həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişikliklər qeyd edirik ki, bunları hətta bir gün əvvəl proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri “tutmur”.

U. Tağıyeva deyib ki, əvvəllər də anomal isti və soyuqlar olub. Lakin hazırda bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar: “Hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdığımız bəzi problemlər də var. Bu, ilk növbədə, güclü külək, leysan yağışlar, anomal isti və soyuqlara aiddir. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki,  həm panika  yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar, onların xasiyyətləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidən zaman dərhal mağazalara üz tutur və uzunmüddətli blokadaya hazırlaşmış kimi davranırlar. Elə bu səbəbdən də biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyatla yanaşmağa məcburuq. Biz çox gözəl başa düşürük ki, vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı ( neftçilər, dənizçilər və s.) asılıdır”.

U. Tağıyeva bildirib ki, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlar bütün müvafiq  struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun öz işlərini tənzimləyirlər: “Son zamanlar Bakı Şəhər İcra Hakimiyyəti işimizə böyük dəstək göstərir, bizim xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Onlara öz təşəkkürümüzü bildiririk. Digər dövlət qurumları ilə də qarşılıql, sıx əlaqələrimiz var. Lakin bununla yanaşı, öz səhlənkarlıq və laqeydliyinin məsuliyyətini sinoptiklərin üzərinə atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq. Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur. Bu ili sonunadək dövlət investisiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq”.

Departament direktorunun sözlərinə görə, Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir: “Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə bizi tez-tez sınağa çəkdiyi zamanda yalnız sahələrarası düzgün əlaqələndirilmiş iş sayəsində ola biləcək insan itkisinin qarşısını almaq mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yubileyini qeyd edəcək Neft Daşları stansiyasının avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər  idarə etməlidir. Bu mütəxəssislərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlı və insanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO