Məzahir Pənahov düzgünlükdən danışdı
“Sosial şəbəkələr çıxandan MSK-ya müraciətlərin sayı, demək olar, sıfıra enib”.
Rakus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər artıq başa çatıb: “Təkcə poçt vasitəsilə göndərilən müraciətlər qalıb. Onların da sayı çox az olur”.
O bildirib ki, seçkilərdə qələbə qazanmayan namizəd narazı ola bilər: “Burada heç bir təəccüblü məsələ yoxdur. O, narazı olmasa, təəccüblü olar”.
Onun sözlərinə görə, məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil: “MSK adından sui-istifadə edirlər. Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər və ya yox? Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var”.
MSK sədri vurğulayıb ki, biz çox vaxt itirməməliyik, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşdirirlər: “Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarla bağlı araşdırmalar aparırıq. Ancaq bundan da sui-istifadə edənlər var”.