“Milan” və “Napoli” qələbə qazandı
İtaliya A Seriyasında 37-ci turun matçları davam edir.
Rakus.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma keçirilib.
Çempion “Yuventus” evdə “Atalanta” ilə heç-heçə edib – 1:1. “Milan” və “Napoli” isə turu qələbə ilə başa vurublar.
19 may
“Kyevo” – “Sampdoriya” – 0:0
“Empoli” – “Torino” – 4:1
Qollar: A. Akua, 27, (1:0), İ. Falke, 56 (1:1), M. Brigi, 65 (2:1), C. Di Lorenso, 71 (3:1), F. Kaputo, 88 (4:1)
“Parma” -“Fiorentina” – 1:0
Qol: Gerson, 80-avtoqol
“Milan” – “Frasinone” – 2:0
Qollar: K. Pyotek, 57 (1:0), Suso, 66 (2:0)
“Yuventus” – “Atalanta” – 1:1
Qollar: Y. İliçiç, 33 (0:1), M. Mancukiç, 80 (1:1)
“Napoli” – “İnter” – 4:1
Qollar: P. Zelinski, 16 (1:0), D. Mertens, 61 (2:0), F. Ruiz, 71 (3:0), 78 (4:0), M. İkardi, 81-penalti (4:1)
Xatırladaq ki, 33 turdan sonra turnir cədvəlinə 90 xalla çempionluğu vaxtından əvvəl təmin etmiş “Yuventus” başçılıq edir. 79 xalı olan “Napoli” 2-cidir. Eyni – 66 xala sahib “Atalanta” 3-cü, “İnter” 4-cü sırada qərarlaşıb. Beşinci pillədəki “Milan”ın 65, 6-cı sıradakı “Roma”nın 63 xalı var.