Deputatlar Kamran Əliyevə razılıq verdilər - FOTO
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Rakus.az xəbər verir ki, “Report”un xəbərinə görə, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qanunvericiliyə görə, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.
11:18
“Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanır”.
Bunu Milli Məclisin Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, bu illər ərzində Milli Məclislə Baş Prokurorluq arasında sıx əməkdaşlıq olub:
“İnanıram ki, bundan sonra da belə olacaq”.
11:14
“Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.
Rakus.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir:
“Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”.