Milli Məclisin gələcək iclasları onlayn keçiriləcək
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.
Rakus.az xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.
İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.
İclasda əvvəlcə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin spiker Sahibə Qafarova deyib: “Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin gördüyü işlər nəticəsində bu infeksiya ilə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir”.
O, bildirib ki, Milli Məclis koronavirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir: “Biz Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq”.