Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Rakus.az xəbər verir ki, sədr Sahibə Qafarova iclası açıq elan edib.
O deyib ki, bu ilin birinci rübün göstəricilərinə görə, ölkə iqtisadiyyatının əldə etdiyi nailiyyətlər müsbətdir:
“Düşünülmüş siyasət insanlarımızın sağlamlığıının qorunmasına yönəlib. Prezident çıxışında struktur islahatlarına da toxundu: “Mən əmin etmək istəyirəm ki, Prezident İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr bundan sonra da davam edəcək”.
Xatırladaq ki, iclasın gündəliyinə 24 məsələ – “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s qanunlara dəyişiklik layihəsi daxil edilib.