Milli üçüncü matçda da uduzdu
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində IX qrupun oyunlarına yekun vurulub.
Rakus.az xəbər verir ki, matçları Yunanıstanda keçirilən qrupda mübarizə aparan Azərbaycan milli komandası III turda Qazaxıstanla qarşılaşıb.
İlk iki turda meydan sahiblərinə 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzan Vüqar Məmmədin baş məşqçisi olduğu komanda bu dəfə də məğlubiyyətə üzülüb. Elit-raund şansını qazaxlarla matça qədər itirən yığma hər hissədə bir top buraxaraq uduzub – 0:2. Yekunda 3 oyunda 3 məğlubiyyət alan milli qrupda sonuncu yeri tutub.
Avropa çempionatının seçmə mərhələsi
IX tur
16:00. Qazaxıstan – Azərbaycan – 2:0
Qollar: Küşkumbayev, 3, Raximjanov, 85
Baş hakim: Denis Şurman (Ukrayna)
Patra. “Pampeloponnisiako” stadionu
1 | Yunanıstan | 3 | 3 | 0 | 0 | 13-2 | 9 |
2 | Almaniya | 3 | 2 | 0 | 1 | 7-2 | 6 |
3 | Qazaxıstan | 3 | 1 | 0 | 2 | 3-10 | 3 |
4 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 1-10 | 0 |
(apasport.az )