İdman 22.03.2019 17:51

Millimiz bizi təəccübləndirdi – Baş katib

AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan yığmasının səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra Zaqrebə ezam olunmuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

– İlk növbədə əsas yığma yox, U-19-a dair sual vermək istərdik. Avropa çempionatının elit-raundunda meydan sahibi Rusiya ilə qolsuz bərabərlik sizin üçün nə dərəcədə gözlənilməz oldu? Yəqin ki, oyunu da izləmisiniz…

– Bəli, oyunu Zaqrebdən izləmək imkanımız oldu. Kollektiv bu yarışa yaxşı hazırlaşmışdı. Turnirdəki ilk oyunda komandanın bacardığının ən yaxşısını ortaya qoyacağını gözləyirdik. Bu matçdan əvvəl baş məşqçi Vüqar Məmmədlə müzakirələrimiz oldu və o da ilk oyunun olduqca önəmli olduğunu bildirdi. Hesab edirəm ki, uşaqlar bacarıqlarını ortaya qoydular. Unutmayaq ki, ilk rəqibimiz meydan sahibi idi. Aydın məsələdir ki, Rusiya yığması bu oyuna 3 xal qazanmaq üçün çıxmışdı. Təəssüf ki, biz də 3 xalı əldə edə bilmədik. Hərçənd, bunun üçün imkanlarımız var idi. Hər halda ilk oyunda ilk xalımızı qazandıq və bu da olduqca vacib idi. Hesab edirəm ki, U-19 start oyunu üçün çox yaxşı nəticə əldə etdi. Bu nəticə ümumi ab-havanı yaxşılaşdırdı.

– U-19-un qarşısında elit-raundda konkret məqsəd qoyulubmu?

– Komandanın qarşısına qoyulan ilk məqsəd elit-raunda yüksəlmək vəzifəsi idi. Bunun öhdəsindən gəldikdən dərhal sonra final mərhələsinə vəsiqə vəzifəsi qoyuldu. Futbol elə bir şeydi ki, yerində dayanmaq olmaz. Anlayırıq ki, elit-raundda zəif rəqib yoxdur. Çünki ümumi iştirakçı sayının tən yarısı artıq turnirdən ələnib. Baxmayaraq ki, final mərhələsi heç bir əlaqəmiz olmayan ölkədə baş tutacaq, məqsədimiz ora yüksəlməkdi.

– İndi isə qayıdaq az əvvəl başa çatmış Xorvatiya-Azərbaycan oyununa. Oyundan əvvəl əksər fikirlər belə idi ki, yığma böyük hesabla məğlub olacaq. Nikola Yurçeviç nələri dəyişə bildi və ümumiyyətlə, millimizin oyunundan razı qaldınızmı?

– Yekun nəticədən yox, amma millimizin oyunundan razı qaldıq. Açığı, bizim üçün də dünya çempionatının gümüş mükafatçısı ilə matçda ilk qolu millimizin vurması sürpriz oldu. Görünən budur ki, baş məşqçi oyunu əks-hücumlar üzərində qurmaq tapşırığını vermişdi. 90 dəqiqə ərzində komandamızın intizamlı oynaması bizi də təəccübləndirdi. İlk kəsərli əks-hücumdan sonra Şeydayev fərqlənə bilməsə də, ikinci şansından maksimum yararlandı. Fasilədən sonra da qol epizodlarımız oldu. Xüsusilə Dmitri Nazarovun epizodunu qeyd edərdim. Elə Rahil Məmmədov da qol imkanı yaxaladı. Düşünürdük ki, komanda oyunun sonunda yorulacaq. Lakin millimiz son on dəqiqəni hücumda keçirdi. Diqqətinizi bir maraqlı detala da yönəltmək istəyərdim. Oyunun sonlarıdır və favoritlə oyunda hesabda 1:2 geridə olduğumuz vaxtda Yurçevic Qaranı meydandan çıxarır və ikinci forvard – Rüfət Dadaşovu döyüşə ataraq dünya ikincisi ilə matçı xilas etməyə can atır. Bu da yəqin ki, futbolçularla məşqçinin bir-birilərini hiss etməsindən xəbər verir. Görünür, həm komanda, həm də məşqçi bu oyunu xilas etməyin mümkünlüyünü hiss etmişdilər. Unutmayaq ki, Yurçeviç milliyə vur-tut bir aydır təyin olunub və bu müddət kəsiyində nə toplanış keçirib, nə də yoxlama oyunu. Bir tərəfdən qrupun favoriti ilə ilk oyunda qarşılaşmaq arzuolunmaz olsa da, digər yandan yaxşıdır. Çünki belədə əsl gücünü görə bilirsən.

– Sərgilənən futbol millimizin AÇ-2020-yə yüksəlməsi üçün nə qədər şans verir?

– Aydın məsələdir ki, qrupun aşkar favoriti Xorvatiyadır. Bu səbəbdən də bütün mübarizə hələ irəlidədir. Düşünürəm ki, bizim üçün ən önəmli oyunlar iyunda olacaq. Macarıstan və Slovakiya ilə qarşılaşmaları nəzərdə tuturam.

– Həmin rəsmi görüşlərədək hansısa təlim-məşq toplanışı təşkil olunacaqmı?

– Bəli, may ayında toplanış keçirəcəyik. Toplanışı ölkə xaricində təşkil etməyi planlaşdırırıq. Mayın sonuna təsadüf edəcək hazırlıq zamanı millimiz yoxlama görüşü də keçirəcək.

– Adətən, bu sual millinin qələbələrindən sonra səsləndirilir. Hər halda maraqlıdır, mükafat hər oyuna görə qoyulacaq, yoxsa hansısa vəzifənin öhdəsindən gəldikdə?

– Mükafat iki yerə bölünür. Qalib gəldikdə mükafat fondunun 50 faizi ödənilir. Qrupda ilk 2 pillədən birini tuta bilsək, yerdə qalan vəsait də komandaya veriləcək. (Report)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO