Millimiz dünya çempionatına 22 güləşçi ilə yollanacaq
Avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı keçiriləcək.
Rakus.az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək heyət açıqlanıb.
Mundialın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında xalça üzərinə Mahir Məmmədzadə (-57 kq), Əsgər Məmmədəliyev (-61 kq), Turan Bayramov (-65 kq), Əşrəf Aşırov (-70 kq), Hacımurad Hacıyev (-74 kq), Əbubəkr Abakarov (-79 kq), Məhəmməd Asiyatilov (-86 kq), Asxab Həmzətov (-92 kq), Temraz İsmayılov (-97 kq) və İslam Abuyev (-125 kq) çıxacaq.
Yarışın son günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaq.
Heyətdə Zaur Əliyev (-55 kq), Əsgər Əlizadə (-60 kq), Zaur Nuriyev (-63 kq), Adəm Hacızadə (-67 kq), Ülvi Qənizadə (-72 kq), Nəsir Həsənov (-77 kq), Laçın Vəliyev (-87 kq), Xəyal Mehdiyev (-97 kq) və Sərxan Məmmədov (-130 kq) yer alıb.
Xatırladaq ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədaləti qoruyacaq.