Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Rakus.az xəbər verir ki, komandamız səfərdə Fransa yığması ilə qarşılaşacaq.
İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son oyunda Gürcüstana Bakıda böyük hesabla məğlub olub – 0:3. Fransa yığması isə qrupda ilk matçını məhz millimizə qarşı keçirəcək.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
10 oktyabr
23:00. Fransa – Azərbaycan
Baş hakim: Antoniu Nobre (Portuqaliya).
Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3, Fransa – 0.