“Monteneqroya uçmamışdan qabaq öz doğma torpağımızda son məşqimizdir. Bu, bizim döyüş meydanımızdır, bu bizim torpağımızdır və hər birimizin köynəyində soyadımız yox, şəhərlərimizin və rayonlarımızın adıdır. Soyadımız hazırda heç bir məna daşımır. Biz Azərbaycan vətəndaşıyıq, nəyin bahasına olur, olsun, qalib gələcək ölkənin vətəndaşıyıq!”
Rakus.az xəbər verir ki, bu fikirləri millimizin futbolçusu Ramil Şeydayev sosial media hesabında paylaşıb.
Millimizin futbolçuları yığmanın bugünkü məşqinə Qarabağa aid formalarla çıxıblar.
Fotoda Şahruddinlə yanaşı Ramil Şeydayev də yer alıb. Şahruddinin məşq formasının arxasında “Füzuli”, Şeydayevin formasının arxasında isə “Şuşa” yazılıb.