Millinin heyəti açıqlandı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Lixtenşteyn yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Rakus.az AFFA-ya istinadla xəbər verir ki, heyətdə Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Keşlə”), Murad Popov, Amin Seydiyev (hər ikisi “Qəbələ”), Turan Manafov (“Zaqatala”), Ricat Qarayev (“Sumqayıt”), Murad Qayalı (“Keşlə”), Huseyin Seyligli (“Beşiktaş”, Türkiyə), Nihad Tamazov (“Qarabağ”), Elçin Mustafayev (“Sabah”), Arziman Rizvanov (“Bohemians”, Çexiya), Baris Ekincier (“Bochum”, Almaniya), Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli (hər üçü “Qarabağ”), Rövlan Muradov (“Qəbələ”), Süleyman Əhmədov (“Sumqayıt”), Ziya Əzizov (“NEC Nijmegen”, Hollandiya), Şakir Seyidov (“Sabah”), Tural Bayramli (“Daugavpils”, Latviya), Rafael Məhərrəmli (“Zirə”), Musa Qurbanlı (“Qarabağ”) və Emil Qasımov (“Sabah”) yer alıblar.
Lixtenşteyn-Azərbaycan oyunu “Sportpark Eşen-Mauren” stadionunda Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.