Millinin üzvü “İlin ən yaxşı triatlonçusu” oldu - FOTO
Azərbaycan millisinin üzvü Rostislav Pevtsov “İlin ən yaxşı triatlonçusu” adına namizəd olub.
Rakus.az xəbər verir ki, 32 yaşlı əslən ukraynalı idmançı cari mövsümdə Avropa çempionatında bürünc medalı qazanıb, Avropa Kubokunun qalibi olub, həmçinin akvatlon üzrə Dünya çempionatında birinci yerə layiq görülüb.
Pevtsov Qətərin paytaxtında keçirilmiş I Dünya Çimərlik Oyunlarında da fərqlənib. Akvatlon üzrə yarışda o bürünc medal qazanıb. Sonra Pevtsov və Kseniya Levkovskaya birlikdə estafetdə ikinci olublar.
Hazırda Azərbaycan təmsilçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır.
Digər namizədlər böyük britaniyalı Sem Dikkinson və Ben Deykstradır.
Xatırladaq ki, qalibin adı 14 – 16 fevral 2020-ci ildə Avropa Triatlon İttifaqının (ETU) Belarusun paytaxtı Minskdə keçiriləcək konfransında açıqlanacaq.