Millinin yoxlama oyunları ləğv edilə bilər
Milli komandaların yoxlama oyunları ləğv edilə bilər.
Rakus.az xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.
O bildirib ki, koronavirus üzündən qarşıdakı yoxlama oyunlarının ləğvi istisna deyil: “Mən heç nəyi istisna edə bilmərəm. İnsan sağlamlığı futbol matçından çox-çox qiymətlidir. Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq, amma gündən-günə əksinə pisləşir. Əgər oyunu ləğv etmək və ya azarkeşsiz keçirmək zərurəti yaransa, biz bu addımı atacağıq”.
Xatırladaq ki, milli komandaların yoxlama oyunları üçün növbəti pəncərə martın sonlarında olacaq. Həmin vaxt Maltada toplanışda olacaq Azərbaycan yığması Lixtenşteyn və meydan sahibləri ilə yoxlama görüşləri keçirməlidir. Matçların ləğvi Maltadakı görüşlərə də təsir edə bilər. (apa.az)