İdman 02.07.2019 17:32

Mini-futbol turniri keçiriləcək

“Azfar Group”un dəstəyi, TYRES-AZ MMC-nin təşkilatçılığı, “Mammedov Group”un baş sposorluğu, İrşad Telekomun sposorluğu ilə jurnalistlər arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turniri keçiriləcək.

Rakus.az xəbər verir ki, turnirin təşkilində əsas məqsəd jurnalistlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, jurnalistlərin asudə vaxtlarını səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi və jurnalistlər arasında xoş ünsiyyətin yaradılmasıdır.

Qeyd edək ki, jurnalistlər arasında keçiriləcək turnirdə jurnalistlər (müxbir, reportyor, redaktor, şərhçi) və digər idman federasiyalarının mətbuat xidmətinin rəhbərləri (ancaq rəhbəri) iştirak edə bilərlər. Turnir olimpiya sistem üzrə keçiriləcək. Qeyd edək ki, turnir qeydiyyatdan keçəcək ilk 16 komanda arasında baş tutacaq.

Yarışda iştirak etmək istəyən jurnalistlərdən ibarət komandalar iyulun 4-ü, saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Göstərilən tarixdən sonra heç bir komandanın (futbolçunun) sifarişi qəbul olunmayacaq. Nəzərinizə çatdıraq ki, “I Əkinçi Kuboku”un oyunları yalnız həftənin şənbə və bazar günləri saat 10:00-da Azfar Groupun meydançasında start götürəcək və 12:00-dək davam edəcək. İyulun 5-də turnirin püşkatma mərasimi baş tutacaq.

Turnirin keçirilmə şərtləri;
* Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.

* Turnirin təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz. Müstəsna hallarda oyunların vaxtı dəyişdirilə bilər. Dəyişdiriləcək oyunların vaxtı üçün hər iki komandanın yazılı ərizəsi TYRES-AZ MMC-nin əməkdaşlarına təqdim edilməlidir.

*Qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən, hissələrarsı fasilə isə 5 dəqiqədən ibarət olacaq.

* Hər bir komandanın hər hissədə 1 (bir) dəfə “taym out” götürməsinə icazə verilir.
* Götürülən “taym out”lar ərzində oyunun vaxtı saxlanılır.
* Hissələrin əsas vaxtına (müstəsna hallar istisna olmaqla) vaxt əlavə olunmayacaq.
* Turnirin oyunları zamanı texniki zonada hər komandadan yalnız 1 (bir) nəfər mülki geyimli şəxsin dayanmasına icazə verilir.
* Oyunların gedişində əvəzetmələrə məhdudiyyət qoyulmur.

* Qapıçı 4 saniyədən artıq topu özündə saxlaya bilməz. Bu qayda aut atışları və küncdən zərbələr zamanı da qüvvədədir.

* Meydanda futbolçuların sayı 5 sahə oyunçusu və 1 qapıçıdan ibarət olacaq.
* Qarşılaşmalar zamanı hər hissədə 5 cərimə zərbəsindən sonra növbəti cərimə 10 metrəlik zərbə ilə tamamlanacaq.
* Oyunlar 5 nömrəli topla oynanılacaq.
* Komandaların heyətlərində əlavə sifarişlər qəbul olunmur.
* Komandalara təqdim edilən sifariş vərəqəsinə maksimum 12 (on iki) futbolçunun adı daxil edilir. Oyunun protokoluna da bu sayda futbolçunun adı və soyadı daxil edilə bilər.
* Qarşılaşmanın başlamasına 10 dəqiqə qalmış matçın protokolu komandanın kapitanları tərəfindən doldurulmalıdır.
* İlk olaraq protokolu nominal meydan sahibi komandanın kapitanı doldurmalıdır.
* Komandalardan biri oyuna gəlmədiyi halda ona texniki məğlubiyyət verilir (0:5 hesabı ilə). Qeyd edək ki, 0:5 hesablı texniki məğlubiyyət verilirsə, bu turnir cədvəlində öz əksini tapacaq. Həmin 5 (beş) qol da turnir cədvəlinə əlavə olunacaq. Əgər hər iki komanda oyuna gəlməzsə, hər ikisinə texniki məğlubiyyət veriləcək. Bu zaman da toplar turnir cədvəlində öz əksini tapacaq.
* Turnir olimpiya sistem üzrə keçiriləcək.
* Turnirdə hava şəraiti ilə əlaqədar oyunların keçirilib-keçirilməyəcəyinə Təşkilat Komitəsi qərar verəcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO