ABŞ-da gözəllik yarışmasının qalibi olan 25 yaşlı Ceyki Kalderon koronavirusa yoluxmaq qorxusu səbəbindən saçlarını qırxıb.
Rakus.az xəbər verir ki, “Miss Laredo 2018” yarışmasının qalibi xəstəliyin onun saçlarına hopacağından dəhşətli dərəcədə qorxurmuş.
Hazırda Ceyki saçlarının daha sağlam olacağına ümid edir.
“Məni paranoya bürümüşdü. Koronavirusun saçlarda qaldığını bildiyimdən gecələr rahat yata bilmirdim”, – deyə C.Kalderon etiraf edib.
Qeyd etmək lazımdır ki, həkimlər bu virusun həqiqətən də saçlarda və tüklərdə uzun müddət ərzində sağ qaldığını bildirirlər. Mütəxəssislər yoluxma riskini azaltmaq üçün kişilərə saqqallarını və bığlarını qırxmağı tövsiyyə edirlər.