MM-da iclas keçirildi
İyunun 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Rakus.az xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, bu komitənin əsasının qoyulması keçən əsrin 20-ci illərinə təsadüf edir. Komitə 1920-1921-ci illərdə Belçikada təsis olunub. Müxtəlif illərdə adı fərqli olub. 1990-cı ildə Beynəlxalq Hərbi Tibb Komitəsi adlandırıldı. Bu Nizamnamədə həmin komitənin vəzifələri, əməkdaşlığın formaları göstərilib və üzv dövlətlərin öhdəlikləri müəyyən olunub. Qanun layihəsi Azərbaycanın milli maraqlarına uyğundur.
Deputatlar qanun layihəsini yüksək qiymətləndiriblər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.