MM-in plenar iclasının vaxtı müəyyənləşdi
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.
Rakus.az xəbər verir ki, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Xatırladaq ki, Milli Məclisin deputatları iyulun 15-dən avqustun 30-dək tətilə buraxılıblar.