MM yeni Baş nazirin seçilməsi məsələsinə baxacaq
Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək.
Rakus.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxildir.
Bunlar “Dövlət rüsumu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.
Eləcə də bu gün keçirilən iclasda Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə də baxılacaq.
Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.