Modul tipli xəstəxanalar nə vaxt hazır olacaq? - VİDEO
“Yaxın zamanda ilk modul tipli xəstəxananın açılması gözlənilir”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
“Həmin tibb müəssisələrinə sırf COVID-19-la bağlı xəstələri yerləşdirə biləcəyik”.
Agentlik sədrindən koronavirus cavablarının SMS-lə göndərilməsi ilə bağlı AÇIQLAMA
Onun sözlərinə görə, Azərbaycanda koronavirus testləri mənfi çıxan şəxslərə SMS vasitəsilə cavabların göndərilməsi yaxın zamanda tətbiq olunacaq: “Sistemdə texniki problemlər var idi və onları aradan qaldırmaq üçün yenidən təkmilləşdirilib. Bir ailədə bütün üzvlər testdən keçir, nəticələrin göndərilməsi üçün bir nömrə verilir. Bu nəticələr göndərilən zaman problem yaranmışdı. Buna görə sistem yenidən təkmilləşdirilir və yaxın zamanda tətbiqinə başlanılacaq”
Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda…”
O bildirib ki, nə dövlət, nə ölkə başçısı istəməz ki, karantin rejiminin müddəti uzadılsın: “Bu, iqtisadi və bütün resursların bir istiqamətə səfərbər edilməsi baxımından ölkəmizə problem yaradır. Biz vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik. Biz pandemiya dövrünü uğurla başa çatdırmalıyıq. Bu isə bizim üzərimizə düşür. Dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib və yetirəcək”.
Agentlik sədri vurğulayıb ki, ictimai nəqliyyatdan istifadə edərkən maska taxılmalıdır: “Evə gələrkən yaxınlarımızla görüşməmişdən öncə əllərimizi yumalıyıq. Bunları etməliyik ki, qısa zamanda karantin rejimindən çıxaq və normal həyatımıza qayıdaq”.