MOK “Olimpiya günləri” verilişinə start verdi
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “CBC Sport” ölkə teleməkanında yeni layihəyə – “Olimpiya günləri” verilişinə start verib.
Rakus.az xəbər verir ki, tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya Oyunlarında iştirakının tarixi, milli olimpiyaçılarımızı qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də komitə və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaşaçıları üçün cəlbedici olması nəzərdə tutulub.
Proqramda Olimpiya idman növləri ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat veriləcək, atletlərimizin gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq.
Tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günü saat 12:00-da yayımlanacaq.