Siyasi 28.05.2023 16:01

Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO

Rusiya-Ukrayna müharibəsinin kəskinləşdiyi bir vaxtda ötən gün Moskvada iki toplantı keçirildi. Əvvəlcə, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclası, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş oldu.

Birinci toplantıda Prezident İlham Əliyev qonaq qismində iştirak və çıxış edib. Dövlət başçısının bu iclasa dəvət olunması Azərbaycanın post-sovet məkanında və beynəlxalq məsələlərdə tutduğu mövqeyin əhəmiyyətinin göstəricisi sayıla bilər. Ermənistan istisna olmaqla Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli formatda sıx əlaqələrə malikdir və həmin dövlətlərlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Rəsmi Bakının təşəbbüskarlarından olduğu Zəngəzur dəhlizi isə region ölkələrinin tranzit potensialının yüksəlməsinə, nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.

Bu kimi məsələlər baxımından Azərbaycan regional və qlobal sahədə əməkdaşlıq etmək üçün etibarlı tərəfdaş sayılır. İttifaqa daxil olan ölkələr isə həmin üstünlüklərə malik deyil. Onlardan biri də Ermənistandır. Bu iclasda da Prezident İlham Əliyevin çıxışından sonra özünü göstərmək istəyən Nikol Paşinyanın “replikası” yersiz və gülünc idi. Hökumət başçısı Laçın yolunu Azərbaycanın “blokladığını” iddia edib. Prezident cavabında deyib ki, Laçın-Xankəndi yolu açıqdır: “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub”.

Azərbaycanın Ermənistana ərazi iddiası ilə bağlı Nikol Paşinyanın növbəti əsassız “replikasına” da Prezident İlham Əliyev tutarlı cavab verib: “Kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”.

Dövlət başçısı bildirib ki, bu təşəbbüslə çıxış etməyə Azərbaycanın hüququ var: “Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.

Nikol Paşinyanın “dəhliz” məsələsi ilə bağlı Azərbaycana əsassız iddialar irəli sürməsini də Prezident cavabsız qoymayıb: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”.

Prezident Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını diqqətə çatdırıb. Dövlət başçısı “dəhliz” terminin mənasını da N.Paşinyana başa salıb. İlham Əliyev Ermənistanın Baş nazirinə rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığını da xatırladıb.

Heç şübhəsiz Avrasiya İttifaqı üçün də əhəmiyyətli sayılan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün nəticələri də maraqla gözlənilirdi. Ancaq Paşinyan Moskvada İrəvanda keçirdiyi toplantılardakı kimi davranmadı. Çünki onun son günlərdəki çıxışına əsasən, bəziləri Nikolun Moskvada Azərbaycanla hansısa sənədi imzalayacağını da düşünürdülər. Ancaq bu baş vermədi. Üçtərəfli görüşün sonunda V.Putin Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin bir həftə sonra Moskvada görüşəcəklərini elan etdi.

Üçtərəfli görüşdən bir gün əvvəl, mayın 24-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim etdiyini bildirmişdi.

ABŞ Bakı və İrəvan arasında istənilən yerdə normallaşma prosesi istiqamətində razılığın əldə edilməsini dəstəklədiyini də bildirmişdi. Birləşmiş Ştatlar bu məsələdə özünü məsələnin həllinə çalışan tərəf olaraq göstərib.

Moskva görüşündə də deyilən və deyilməyən irəliləyişlərə dair heç bir sənəd imzalanmadı.

Nikol Paşinyanın Moskvadakı məlum iki toplantıda mövqeyi rəsmi İrəvanın ənənəsinə sadiq qalaraq sülh və razılaşmaya dair sənəd imzalanmasında maraqlı olmadığını göstərdi. Bunu rəsmi İrəvanla Moskva arasında artan gərginliyin təzahürü kimi də dəyərləndirmək olar.

Beləliklə, Moskva görüşü daha çox Paşinyanın “dəhliz” dərsi alması ilə yadda qaldı. Çünki üçtərəfli görüşün iştirakçıları nə bəyanat, nə də kommunikasiya xətlərinin açılması ilə bağlı sənəd imzalayıb. Belə görüşlər yaxın tarixdə də olub. Vaxtilə ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin, xarici işlər nazirlərinin görüşlərinin nəticəsi olaraq ictimaiyyət üçün məlum olmayan və hələ də “sirli qalan” “irəliləyişlərdən”, “substantiv” danışıqlardan bəhs edilərdi. 30 illik bu üzücü prosesə 44 günlük müharibə ilə son qoydu. Bu həm də ermənilərin və havadarlarının əsassız iddiasını tarixin arxivinə atdı. Rəsmi İrəvan yenə də ənənəvi qeyri-müəyyən, mütəhərrik mövqe sərgiləyir. Vasitəçi rolunda oynayanlar isə rəsmi İrəvanın hələ də başını sığallayır, özlərini isə guya onu yol gətirməyə cəhd göstərirmiş kimi aparırlar.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 27.05.2023 12:05
Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO
Maraqlı, Video müsahibə / 26.05.2023 21:07
Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO
Maraqlı / 26.05.2023 13:35
Ailəsi 3 dəfə deportasiya olunub, özü isə qatarda dünyay göz açıb – ANONS
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO
Siyasi / 25.05.2023 14:48
Qondarma dövlətin insanlıq suçu – ANONS
Gündəm, Sosial, Video müsahibə / 24.05.2023 20:35
Ağbaba mahalı necə parça-parça edildi? - FOTO - VİDEO
Siyasi / 24.05.2023 15:19
Qərbi Azərbaycan Xronikası – ANONS
Mədəni, Video müsahibə / 24.05.2023 11:48
Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Dünya, Təhlil / 23.05.2023 16:03
Politoloq: “Moskva görüşü Vaşinqtonda keçirilən görüşün davamı olacaq”
Gündəm, Video müsahibə / 22.05.2023 19:43
Ermənistanda zəlzələ olmasaydı azərbaycanlıları qıracaqdılar  - FOTO - VİDEO
Hərbi, Səhiyyə / 22.05.2023 15:49
Qərbi Azərbaycan Xronikası – ANONS
Hadisə, Maraqlı, Video müsahibə / 19.05.2023 19:43
Evini məcburi tərk edən hamilə qadın oğlunu qatarda dünyaya gətirib - FOTO - VİDEO
Hadisə / 19.05.2023 14:50
Qırx kilometr piyada yol gələn hamilə qadının “Həyat Hekayəsi” – ANONS 
Dünya / 19.05.2023 10:39
Hansı sənəd azərbaycanlıları Ermənistana qaytara bilər? - FOTO - VİDEO
Gündəm, Siyasi, Video müsahibə / 18.05.2023 19:36
Azərbaycanlıları Ermənistanda kim qoruyacaq? - FOTO - VİDEO
Təhlil / 18.05.2023 16:11
Saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında Qərbi Azərbaycan Xronikası – ANONS
İqtisadi, Sosial, Video müsahibə / 17.05.2023 19:42
Ermənistanda yaşayan ermənilərlə azərbaycanlıların say fərqi - FOTO - VİDEO
Sosial / 17.05.2023 13:03
Qərbi Azərbaycan Xronikası – ANONS
İqtisadi / 17.05.2023 12:43
Ekspert: “Sığorta ölkənin maliyyə sistemini təşkil edən zəncirin əsas halqalarındandır”
Dünya, Siyasi / 16.05.2023 11:46
Türkiyə seçkiləri-demokratiyaya sadiqliklə bağlı sınaq – TƏHLİL
Dünya, Siyasi, Video müsahibə / 15.05.2023 19:51
Türkiyə və Azərbaycanın birləşməsinə mane olan plan - FOTO - VİDEO
Təhlil / 15.05.2023 16:46
Fransa regionda vəziyyəti gərginləşdirir, sülhü təhdid edir – TƏHLİL - FOTO
Hadisə / 15.05.2023 14:58
Qərbi Azərbaycan Xronikası – ANONS
İdman / 15.05.2023 13:51
Yoldaşlıq görüşü: Göyçə və Borçalı təmsilçiləri sahədən sülhlə ayrıldılar - FOTO - VİDEO