Mourinyo məşqi parkda etdirdi
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq vaxtı diqqəti cəlb edib.
Rakus.az xəbər verir ki, onlardan birinin yarımmüdafiəçi Tanqay Ndombele olub.
Eyni parkda London təmsilçisinin daha iki üzvü – yarımmüdafiəçi Rayan Sessenyon və müdafiəçi Davinson Sançes də məşq edib. Onlar Mourinyonun qrupundan ayrı çalışıblar.
İngiltərədəki karantin qaydaları insanların gəzintiyə çıxmalarına və ya gündə bir dəfə açıq havada məşqlər etmələrinə imkan verir. Lakin bu zaman insanlar bir-birilərindən iki metr məsafədə olmalıdırlar. Amma oyunçuların bu tövsiyəyə bir neçə dəfə məhəl qoymadıqları diqqətdən yayınmayıb.
Xatırladaq ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.