Siyasi 15.02.2020 13:52

MSK qarşısında yenə etiraz aksiyası keçirildi

Milli Məclisə seçkilər üzrə 9 saylı Binəqədi ikinci seçki dairəsindən depuatlığa qeydə alınan bir qrup namizəd fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyası keçirib.

Rakus.az xəbər verir ki, deputatlığa namizədlər Elnur Qasımov, Nemət Kərimli, Akif Nağı, Əfoş Vəliyev, Rəşad Razayev, Elşad Musayev, Günel Səfər, Ülvi Həsənovun imzaladığı bəyanatda deyilir ki, namizəd olduqları seçki dairəsində səsvermə ciddi qanun pozuntuları şəratində keçib.

“Total saxtalaşdımalar, karusslellər, topa büllütenlərin qutulara atılması, ərazidə yaşamayan insanların səsvermədə iştirakı, səslərin düzgün hesdablanmaması halları olub. Bu səbəbərdən səsvermənin nəticələri seçicilərin iradəsini əks etdirmir. Seçkiinin nətəcələri ləşv edilməli, yeni seçki keçirlməlidir,” sənəddə qeyd edilir.

Namizəd Elşad Musayev bildirib ki, seçki günü 9 saylı Binəqədi ikinci seçki dairəsində seçki prosesi böyük pozuntularla keçib.

“Sıravi məntəqə üzvündən tutmuş dairə sədrinə qədər, YAP-ın namizədi Kəmaləddin Qafarovun özü, hamı bu proses içində olub. Çingiz Qənizadənin və ya Mirələmovun iştirak etdiyi dairələr üzrə seçkilərin nəticələrini ləğv etmək rahatdır. Ən əsası prezident qohumu Cəmil Əliyevin adı hallandırılan bir dairəni, yəni Kəmaləddin Qafarovun qalib elan edildiyi dairənin nəticələrini ləğv etmək çətindir. Bu Mərkəzi Seçki Komissiyası üçün bir testdir, həyatda heç olmasa bir dəfə bu testdən ləyaqətlə çıxmalıdır,” o qeyd edib.

Namizəd Günel Səfərova namizədlərin bəyanatını oxuyub.“9 saylı Binəqədi ikinci seçki dairəsində seçki günü karusellər işə salınıb və qutulara topa bülletenlər atılb. Müşahidəçilərə və namizədlərə fiziki təzyiqlər olunub. Seçkilərin nəticələrinin rəsmi qaydada ləğv edilməsini və yenidən seçkilərin keçirilməsi tələb edirik. Bizi DSK-nın iclasına dəvət etmədilər və bizim iştirakımız olmadan şikayətimizə baxıblar. Qərar olub ki, biz özümüz özümüzü döymüşük. Biz bu gülməli qərardan şikayət verəcəyik.”

Namizəd Ülvi Həsənov də seçkilərin nəticələrin ləğvini tələb edib. “Belə biabırçı seçki olmayıb, namizədin döyülməsi, jurnalistlərə fiziki təzyiq, Kəmaləddin Qafarovun nümayəndələri müşahidəçini döyülmək üçün aparılması haqqında videomuz var. Qafarovun seçki prosesi başlayan kimi pozuntular başlayıb. O, mülkiyyət haqqında təqdim olunmuş deklarasiyada mülkünün hamısını qeyd etmədi və seçki prosesin şəffaflığını pozdu. DSK, MSK, o cümlədən Apellyasiya və Ali Məhkəmə onun qanunsuzluğa şərik oldu, bizim şikayətimizi rədd etdi və deklarasiyanı bizə təqdim etmədi. Biz seçkinin nəticələrinin ləğv olunmasını tələb edirik”.

Günel Səfərova əlavə edib ki, pozuntularda müəllimlər də iştirak edib. “Biz müəllimlərlə və məktəb direktorarla bağlı Təhsil nazirliyini müraciət etmişik. Bizim şikayətlərimiz təmin olunmasa biz Avropa Məhkəməsinə müraciət edəcəyik. İlham Əliyev bildirib ki, seçkidə pozuntular baş versəydi, xalq səsini ucaldardı, biz də gəlmişik bura səsimizi ucaldaq və misli görünməmiş pozuntular barədə bildirək”.

Mərkəzi Sdeçki Komissiyanın qarşısına 34 saylı Xətai ikinci dairəsindən olan namizədlər də gəlib. Namizəd Səməd Rəhimlinin sözlərinə görə, nə MSK, nə də DSK onların şikayətlərinə baxmır.

“MSK bizim şikayətimizə bu gün baxmadığını bildirdi, baxmayaraq ki, biz şikayətimizi ayın 11-də göndərmişik. Süründürməçiliklə məşğuldurlar. MSK sübutlara bir həftən çoxdur baxmır. DSK deyir ki, təqdim etdiyimiz protokollar natamamdır və onlar sübut kimi qəbul oluna bilməz, deyirlər bizim video faktlara baxmağa vaxtımız yoxdur. Bizim dairə üzrə nəticələrin ləğv edilməsi üçün kifayət qədər sübutumuz var, karusellər təşkil olunub, topa bülletenlər atılıb, lakin şikayətimizə baxılmır, Ekspert qrupu və dəftərxana bizi qəbul etmir,” deputatlığa namizəd deyib.  (Amerikanın səsi)

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO