MSK-ya maliyyə hesabatı verən siyasi partiyalar
Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı verən siyasi partiyalar məlum olub.
Rakus.az xəbər verir ki, ötən il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı 32 olub.
Bunlar aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyası
2. Azərbaycan Naminə Alyans Partiyası
3. Azərbaycan Liberal Partiyası
4. Azərbaycan Xalq Demokratik Partiyası
5. Azərbaycan Sosial Demokrat Partiyası
6. Böyük Quruluş Partiyası
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası
8. Azərbaycan Respublikaçılar Partiyası
9. Azərbaycan Kommunist Partiyası
10. Müsavat Partiyası
11. Klassik Xalq Cəbhəsi Partiyası
12. Müasir Musavat Partiyası
13. Vətəndaş Həmrəyliyi Partiyası
14. “Milli Vəhdət” Partiyası
15. “Birlik” Partiyası
16. Azərbaycan Milli Demokrat Partiyası
17. Azərbaycan Təkamül Partiyası
18. Milli Dirçəliş Hərəkatı Partiyası
19. “Ana Vətən” Partiyası
20. Azərbaycan Milli İstiqlal Partiyası
21. “Qorqud” Partiyası
22. Vahid Azərbaycan Partiyası
23. Demokratik Azərbaycan Dünyası Partiyası
24. Azərbaycan Yurddaş Partiyası
25. Azərbaycan Xalq Partiyası
26. “Azərbaycan Mübarizləri” Partiyası
27. Vətəndaş Birliyi Partiyası
28. Demokratik İslahatlar Partiyası
29. Aydınlar Partiyası
30. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
31. Böyük Azərbaycan Partiyası
32. Azərbaycan Liberal Demokrat Partiyası
Xatırladaq ki, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Bu günədək Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 32-si MSK-ya maliyyə hesabatı təqdim etsə də, 23 siyasi partiya hələ də hesabatı təqdim etməyib.