Siyasi 09.06.2020 18:25

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasından bir ay keçdi - FOTO

Bu gün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının (MQA(İ)R) elan edilməsindən bir ay ötdü. Hadisə xalq tərəfindən alqışlandı və özüylə ruh yüksəkliyi gətirdi. Respublikanın daxilil qurumlarının yaradılması işi start götürdü.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzindən Rakus.az-a verilən məlumata görə, MQA(İ)R-in yaradılış qayəsi qədim Azərbaycan şəhəri İrəvanın 1918-ci ildə yaşanan mürəkkəb geosiyasi hadisələr burulğanında böyük dünya güclərinin himayə etdiyi ermənilərə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılması üçün onlara verilməsinin, həmçinin sovet dövründə xeyli torpaqlarımızın da ermənilərə peşkəş çəkilməsinin gündəmə gətirilməsi və bu ərazilərin ilhaq olunmasına siyasi-hüquqi qiymət verməsi, torpaqların geri qaytarılması məsələsinin beynəlxalq müstəvidə qaldırılmasıdır. Respublikanın rəhbəri Qafar Çaxmaqlının başçılığı ilə dövlət strukturlarının yaradılması işinə vüsət verilmişdir. MQA(İ) Respublikasının Millət Şurası, onun nəzdində Katiblik, Millət Şurasının tərkibində müxtəlif istiqamətli komissiyalar yaradıldı. Məşvərət Məclisi, Gənclər təşkilatının yaradılması planlaşdılır. Məşvərət Məclisinə Qərbi Azərbaycan əsilli olub-olmamasından asılı olmayaraq tanınmış ziyalıların dəvət edilməsi qərara alınıb. Sovet hakimiyyəti illərində Zəngəzurun və digər ərazilərin Ermənistan SSR-ə verilməsi ilə bağlı konfrans və Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsi də müzakirə olunur. Həmçinin MQA(İ) R-nın qurultayının keçirilməsi, parlament seçkiləri ilə bağlı komissiyanın yaradılması kimi təkliflər də müzakirə mərhələsindədir.

Bu dövlətin həm də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın haqq mövqeyini beynəlxalq arenada  gücləndirəcəyi də şübhəsizdir. Sülh danışıqlarında Azərbaycanın torpaqların işğal altlnda olmasına baxmayaraq, dövlətimizin  Ermənistanla eyni statusda nəzərdən keçirilməsinin yolverilməzliyini əsaslandırmaq üçün indiki erməni dövlətinin 100 il öncə rəsmən Azərbaycan ərazisi olan torpaqlarda qurulduğunun beynəlxalq hüquq prizmasından çıxış edərək dünya tribunasından səsləndirilməsi əhəmiyyətlidir. Əminik ki, bu Azərbaycanın dünya ictimaiyyəti qarşısında haqlı mövqelərinin daha da gücləndirilməsinə xidmət edəcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO