Siyasi 11.11.2019 19:14

Müharibənin başa çatması Fransada qeyd olundu - FOTO

Birinci Dünya müharibəsinin başa çatmasının 101-ci ildönümü münasibətilə noyabrın 11-də Parisdə, Zəfər Tağının yerləşdiyi meydanda ənənəvi təntənəli mərasim keçirilib.

Rakus.az xəbər verir ki, ənənəvi olaraq Fransa Prezidenti Emmanuel Makron ölkənin sabiq Baş Naziri Jorj Klemansonun abidəsi önünə gül dəstəsi qoyduqdan sonra Yelisey Çölləri prospektindəki Zəfər Tağı ətrafında rəsmi mərasimə qoşulub.

Fransa Prezidenti Emmanuel Makron fəxri qarovul dəstəsini salamladıqdan sonra hərbi orkestrin ifasında bu ölkənin dövlət himni – “Marselyoza” səsləndirilib.

Fransa Prezidenti “Əbədi məşəl”i alovlandırıb.

Təntənəli mərasim “Naməlum əsgər” abidəsinin üzərinə əklilin qoyulması, müharibə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və şeypurun çalınması ilə başa çatıb.

Əvvəlki illərdən fərqli olaraq bu il rəsmi mərasimdən sonra ölkə prezidenti və rəsmiləri 2018-2019-cu illərdə Fransanın sərhədlərindən kənardakı əməliyyatlarda (opex) Fransa naminə həlak olan 549 hərbçinin xatirəsini yad ediblər. Mərasim iştirakçıları onların xatirəsinə Parisin 15-ci rayonunda Andrey Sitroyen parkında ucaldılan abidənin açılışına qatılıblar.

Xatırladaq ki, Birinci Dünya müharibəsində atəşkəs barədə müqavilə 1918-ci il noyabrın 11-də saat 11-də Kompeyn meşəsində vaqonda imzalanıb. Şeypur səsləri Birinci Dünya müharibəsində atəşkəsin elan edildiyini xəbər verib. Beləliklə, müttəfiqlər və Almaniya həmin dövrə qədər bəşər tarixinin ən qanlı müharibəsinin rəsmi olaraq başa çatması barədə razılığa gəliblər.

Dörd il davam edən müharibə zamanı 18 milyon 600 min insan həlak olub ki, bunlardan 9 milyon 700 mini hərbçi, 8 milyon 900 mini isə mülki şəxs idi. Müharibədə ən çox mülki şəxs – 4 milyon 200 min nəfər Osmanlı imperiyasında həlak olub. Müharibədə 1 milyard mərmi atılıb. Bunun dörddəbiri partlamayıb. Bu gün də 100 minaaxtaran ildə 300 ton partlamamış mərmi aşkarlayır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO