Musa Musayev siyasi dəllallara səsləndi - FOTO

Milli Məclisin deputatı (2000-2005) və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006-2010) olmuş YAP üzvü Musa Musayev sosial şəbəkədə siyasi dəllallara qarşı müraciətini paylaşıb.
Rakus.az onun müraciətini olduğu kimi təqdim edir:
“Siyasətdən dəm vuran SİYASƏT DƏLLALLARI , buyurun oxuyun , 16 iyun 1988 – ci ildə M.S.Qarbaçova “QARABAĞLA ” bağlı vurduğum teleqram ! Onda mən Elmi Tədqiqat İnstitunda elmi işçi işləyirdim . Vətəni, Milləti , Torpağı sözdə deyil , ƏMƏLDƏ sevmək ve müdafie etmek lazımdır ! Onda mənim valideyinlərim Ermənistan SSRİ-nın Mehri rayonunun Nüvədi kəndində yaşayırdılar və biz Ermənistanın vətəndaşları sayılırdıq . Yəkə-yəkə danışıb , özünü VETEN FƏDAİSİ adlandıranlar , buyurun ortaya dəlil ve sübut çıxarın ! Ortada müfte yeyib kef çəkən yalançı qəhrəmanlar , BUYURUN ! O vaxtları kompüter yox idi , köhnə maşinkada yazılırdı”.