Siyasi 10.02.2020 17:33

Müsavat Partiyası və Milli Şura bəyanat yaydı

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkiləri demokratik seçkiqabağı mühit, müvafiq hüquqi baza və bərabər siyasi rəqabət olmadan keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının ilkin bəyanatında deyilir.

“Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb.

Səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşaiyət olunub. Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Saxtalaşdırmalar yolu ilə formalaşdırılmış Milli Məclis Azərbaycan Respublikasının qanunverici orqanı funksiyalarını yerinə yetirə bilməz, deyə bəyanatda qeyd edilir.”

Müsavat-ın tələbləri:

– Azərbaycan Milli Məclisinə növbədənkənar 9 fevral seçkilərinin nəticələri ləğv edilsin;

– ölkədə real siyasi islahatlar həyata keçirilsin;

– seçkiqabağı demokratik şərait yaradılsın;

– fundamental azadlıqlar təmin edilsin;

– siyasi məhbuslar dərhal azad edilsin;

– müxalifət və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, Seçki Məcəlləsinə dəyişikliklər edilsin;

– bərabər siyasi rəqabət şəraiti yaradılsın.

Son olaraq partiya yeni parlament seçkiləri keçirilməsini tələb edir.

“9 fevral növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib. Ölkə boyu əldə olunan məlumatlar göstərir ki, bu seçkinin nəticələri tamamilə saxtadır və xalqın iradəsini əks etdirmir.”

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.

Seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar paylaşılıb.

“Bu məlumat və çəkilişlər artıq seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər”, deyə bəyanatda bildirilir.

DQMŞ qeyd edir ki, növbədənkənar parlament seçkisi hələ təyin edilərkən, onun legitimliyi bir sıra səbəblərdən şübhə altına düşüb. Bu seçkinin hansı zərurətdən irəli gəldiyi, nəyə görə vacib olduğu haqda cəmiyyətə ağlabatan hər hansı izahat verilməyib, onun təyin olunmasından qabaq bu istiqamətdə ictimai müzakirələr aparılmayıb.

DQMŞ həmçinn seçkilərdə iştirakın 50%-ə qədər şişirdildiyini bildirir.

“İlkin rəsmi məlumatlarda seçici fəallığı 50%-ə yaxın göstərilsə də, müstəqil mənbələrdən alınan xəbərlər deməyə əsas verir ki, bu göstərici 10-15% civarında olub. Seçki kampaniyası dövründə də nəzərə çarpan seçici fəallığı olmayıb. Xalqın böyük əksəriyyəti seçkini əvvəldən boykot edib.Müstəqil müşahidəçilərin verdiyi məlumatlar göstərir ki, iştirak 10-15% təşkil edib”, deyə bəyanatda qeyd edilir.

Milli Şura bu seçki prosesinin əvvəldən azad və ədalətli seçkiyə uyğun olmadığını və səsvermə günü baş verənləri nəzərə alaraq bir daha bəyan edir ki, 9 fevral növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır.

“Bu parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz”,- sənəddə vurğulanır.

Milli Şura Azərbaycan xalqını və dünyanın demokratik ictimaiyyətini bu seçkinin nəticələri ilə barışmamağa çağırır.

“Azərbaycan xalqı seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edilib. Bu hüququ özünə qaytarmaq üçün o, dinc, kütləvi və ardıcıl mübarizə aparmağı bacarmalı, daha yaxşı təşkilatlanmağa, demokratiya uğrunda mübarizəni güzəştsiz təşkil edə bilən siyasi qüvvə ətrafında təmərküzləşməyə çalışmalıdır”, deyə bəyanatda qeyd edilir.

Beynəlxalq birlik də Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycan hakimiyyətinə avtoritar mövqeyindən geri çəkilmək üçün ciddi təzyiqlər göstərməli, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir, deyə DQMŞ-nin bəyanatında vurğulanır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS