Siyasi 11.05.2020 11:00

Müxalifət atılan mütərəqqi addımları görməkdə çətinlik çəkir – deputat

“Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan çox inkişaf edib, dünya miqyasında güclü və qüdrətli bir ölkə kimi yeni imicini formalaşdırıb. Çoxşaxəli iqtisadi, sosial islahatlarla yanaşı və siyasi islahatların paralel surətdə davam etdirilməsi Azərbaycanın dinamik inkişafına, dünya miqyasında tanınmasıma, nüfuzunun artması mühüm töhfələr verən strateji amillərdəndir”.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısının iradəsi və təşəbbüsü nəticəsində idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət edən islahatlar yeni bir mərhələnin – yeni siyasi konfiqurasiyanın formalaşmasına, yeni bir siyasi dövrün başlanmasına zəmin yaradır:

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını siyasi partiya və təşkilatlanmaların diqqətinə çatdırılması, altıncı çağırış Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşması, ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi Azərbaycan iqtidarının siyasi dialoqa, milli birliyə, həmrəyliyə olan münasibətinin bariz nümunəsidir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəllifi olduğu ümummilli və qlobal çağrışlar, siyasi dialoq məfkurəsi bu günkü mərhələdə Azərbaycan tarixinin yeni səhifəsini yazır: “Siyasi dialoq mühiti müxalif partiyalar üçün milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir. Doğrudur, bir çox siyasi partiyalar hakimiyyət tərəfindən irəli sürülən siyasi dialoqu layiqincə dəyərləndirir, qlobal çağrışlar kontekstində Azərbaycan növbəti tarixi mərləhədə daha güclü və nüfuzlu ölkəyə çevriləcəyini görürlər. Təəssüflər olsun ki, vaxtilə hakimiyyətdə olarkən ölkəni dərin böhrana və xaosa sürükləyən, bu gün xalq tərəfindən boykot edilən qüvvələr, onların tör-töküntüləri siyasi dialoqdan imtina edirlər. “Müxalifət” sözünü özlərinin inhisarına çevirənlər hələ də öz çirkin və xəbis əməllərindən əl çəkmirlər. Koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda xarici havadarlarının arxasında gizlənən “beşinci kolon” adlanan qüvvələr, müxalifətin marginallaşan hissəsi reallığı və atılan mütərəqqi addımları görməkdə çətinlik çəkirlər.

BMT-nin Baş Katibinin, ÜST-ün icraçı direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronavirusla mübarizəişində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda, xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər. Gözlərini yalan, iftira, böhtan örtən müxalif qüvvələr hakimiyyətin mütəmadi olaraq dialoqa, birgə müzakirələr aparmağı dəvətindən imtina etmələri onların əsl niyyətlərindən – insanlar arasına çaşqınlıq yaratmağa, ölkədə hərc-mərclik salmağa kökləndiklərindən xəbər verir. Belə qüvvələr, əslində, işi yalnız tənqid etmək, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdir. Çünki onlar müstəqil deyillər, anti Azərbaycan dairələr tərəfindən idarə olunur, təlimatlandırılırlar. Millilikdən uzaq Milli Şuranın buyruq qulları böyüyüb, boya-başa çatdıqları ölkəyə, doğma Vətənlərinə qarşı ən rəzil addımlar atmaqdan çəkinmirlər”.

Deputat qeyd edib ki, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz: “Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir”. Bu gün hakimiyyətin təklif etdiyi siyasi dialoqdan imtina milli maraqlardan imtina deməkdir. Ümummilli lider Heydər Əliyev deyirdi: Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə – Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Xarici havadarlarının köləsinə çevrilən Milli Şuranın ideoloqlarını, marginal qruplaşmanı xalq, Vətən, müstəqillik deyil, “ağa”larından alacaqları qrantlar maraqlandırır. Ona görə də belələrinə yeni siyasi konfiqurasiyada yer almaq, xalqla həmrəy olmaq sərf etmir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO