İdman 29.05.2019 14:27

Mxitaryan qorxursa, pampers alsın – Kançelskis

Hazırda İngiltərə Premyer Liqası Avropa futbolunda bir nömrədir. Finalda iki ingilis klubunun olması digər çempionatların bu gün dayanmasının göstəricisidir. Vaxt vardı, ispanlar, italyanlar Avropa futbolunda dominantlıq edirdilər… İndi isə ingilislərdir. Burada qəribə və təəccüblü heç nə yoxdur. Hər şey qanunauyğundur.

Rakus.az xəbər verir ki, bunu Rusfootball.info-ya “Mançester Yunayted”, “Everton”un, “Mançester Siti”nin sabiq cinah hücumçusu Andrey Kançelskis deyib.

O, müsahibəsində bildirib ki, bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında möhtəşəm oyun olacaq:

“Əminəm ki, yaxşı futbol olacaq. Heç vaxt proqnoz verməmişəm. Komandaların şansları barədə danışsaq, hazırda mənə elə gəlir ki, “Çelsi” daha üstündür. Çünki onlarda bütün xətlərdə balanslaşdırılmış heyət var.

Fikrimcə, onlar qalib gələcək. Ancaq final finaldır. Məncə, oyun penalti seriyasınadək uzanmayacaq, matç əsas vaxtda başa çatacaq. Ancaq istənilən halda yaxşı matç olacaq. Çünki ingilislər açıq futbol oynayır”.

Ukrayna doğumlu, Rusiya millisinin sabiq futbolçusu, hazırda Özbəkistanın “Navbahor” komandasını çalışdıran 50 yaşlı məşqçi “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı suala da cavab verib. O, erməni futbolçunu “qorxaq” adlandırıb:

“Mən bunu başa düşmürəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır!

Sadəcə, gülməlidir. Bu, nə sirkdir! Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan. Sənə, ümumiyyətlə, orada nə edəcəklər? Azərbaycan və Ermənistan arasında münasibətlər nə qədər pis olsa da, sən gedib oynamalısan. Sonda sənə heç kim barmağı ilə toxunmayacaq! Ola bilsin ki, fitə basdılar, qışqırdılar… Maradonanı da İngiltərə yığmasına əllə qol vuranda fitə basırdılar. Maradona ki yaşayır! Əgər Mxitaryan belə qorxursa, özünə pampers alsın.

İlya Sımbalar öləndə “Spartak”ın nümayəndələri cənazə üçün Odessaya getməkdən qorxurdular. Qorxurdular ki, onları öldürəcəklər. Onlar açıq şəkildə deyir ki, qorxurlar. Onda da demişdim ki, özlərinə pampers alsınlar. Kim sizə toxuna bilərdi ki? Həmin futbolçu həyatını “Spartak”a həsr etmişdi, amma onlar getmədilər…

Əgər insan istəyirsə, o, özündən asılı olan hər şeyi edir. Əgər qorxursansa, onda etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirməməyə görə cərimələyərdim. Avropa Liqasını uduzsalar, onda günahkar Mxitaryandır. Çünki o, Bakıya getmədi və komandasına kömək etmədi”.

Sonda Andrey Kançelskis Madriddə gələn ayın əvvəlləri keçiriləcək UEFA Çempionlar Liqası ilə də bağlı fikirlərini bildirib. O qeyd edib ki, vaxtilə “Everton”da oynadığı üçün “Liverpul”a “düşmən” gözü ilə baxır və “Tottenhem”in qələbə qazanmasını istəyir.

Xatırladaq ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq. (Oxu.az)

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO