Mədəni 18.10.2025 23:53

“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, buraxılışda Əməkdar rəssam Şərif Şərifovun kolleksiyaçı Yusif Bağırzadənin unikal silah kollegsiyası haqqında fikirlərinə yer verilir.

Bildirilir ki, ev-muzeyində tarix nəfəs alır. Şedevrlərlə dolu bir məkanda Təbərzin sirri, Səfəvi hakimiyyətinin rəmzi, Təbriz məktəbinin izi, miniatürlərin sehrli dili, Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı, ox, qılınc, xəncər izləri yaşadılır. Kolleksiyalarda dünya muzeyinə layiq əsərlər saxlanılır. Burada plastika, rəng, kompozisiya, eləcə də hər əşyanın ikinci həyatı var. Həmçinin Səfəvi–Qəndəhar döyüşü izləri, 1708 tarixinin şifrəsi, zərgər, silah və tişə ustadlarının sənət səsi, Qacar və Əfşar dövrləri əhatə olunur”.

Ş.Şərifov sonda kolleksiyada yer alan Nizami Gəncəvi motivləri ilə bağlı yazıların mahiyyətinə də aydınlıq gətirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 18-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 14:56
“Armeniak” arxasında gizlənən tarix – ANONS - VİDEO
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı? 
İdman / 12.10.2025 03:32
“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
Mədəni / 11.10.2025 23:03
İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO
İdman / 11.10.2025 09:22
“İctimai TV”-“Vətən” qrupda qalmaq, “Real TV”-“APA” liderlik üçün görüşür
Siyasi, Sosial / 10.10.2025 23:44
“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO
Sosial / 10.10.2025 14:42
At belində yurduna qayıtmaq istəyən Sahib Ömərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO