“Napoli” İtaliya kubokunun qalibi oldu
İyunun 17-də futbol üzrə İtaliya kubokunun 2019-2020-ci il mövsümünün final görüşü keçirilib.
Rakus.az xəbər verir ki, turnirin həlledici görüşündə “Napoli” və “Yuventus” klubları üz-üzə gəliblər.
Gərgin mübarizə ilə başlayan görüşün ilk dəqiqələrində hər iki komanda qol vurmağa yaxın olub. Buna baxmayaraq birinci hissədə hesab açılmayıb.
Qarşılaşmanın ikinci hissəsi də, qarşılıqlı hücumlarla keçsə də hesab dəyişilməyib.
Koronavirus pandemiyasına görə, reqlamentə dəyişiklik olunub. Belə ki, komandalar qalibi müəyyən eləmək üçün birbaşa 11 metrlik cərimə zərbələri vurmağa məcbur olublar.
Bu seriyalarda daha dəqiq olan “Napoli” klubu İtaliya kubokunun qalibi adını qazanıb – 4:2.
Bu “Napoli”nin tarixində qazandığı 6-cı İtaliya kuboku olub.
Xatırladaq ki, yarım finalda “Napoli” klubu “İnter”i (1:0, 1:1), “Yuventus” isə “Milan” (1:1, 0:0) komandasını mübarizədən kənarlaşdırmışdı.