Siyasi 01.08.2020 21:00

Naqif Həmzəyev: “İanə ilə yaşayan Ermənistan tənəzzülə doğru gedir”

Bu gün dünya siyasətçilərinin ən çox müzakirə etdiyi mövzulardan biri də Soros fondunun “rəngli inqilablar”ın həyata keçirilməsinə maraqlı olması, bu məqsədlə külli miqdarda maliyyə vəsaitini xərcləməsidir.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, xaosların yaradılması, onların idarə edilməsi strategiyası üzrə peşəkarlaşan Soros fondunun təsisçisi Corc Soros dünyanın bir çox ölkəsində baş verən təxribatların mərkəzində dayanan ən təhlükəli insan kimi tanınır. Serbiyada, Gürcüstanda, Ukraynada baş verən hadisələrin, 2018-ci ildə küçə yürüşləri, qanunsuz mitinqlər, kütləvi aksiyalar təşkil etməklə inqilab yolu ilə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinin əsas dəstəkçisinin Soros fondunun olduğu hər kəsə bəllidir.

Ölkə Prezidenti İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə Ermənistanın bugünkü rəhbərliyinin də Soros fondunun təsiri altında olan adamlardan ibarət olduğuna diqqət çəkib.

Azərbaycanın ərazi bütövlüyünə göz tikən Ermənistanın Tovuz istiqamətində təcavüzkar niyyəti Silahlı Qüvvələrimiz tərəfindən puç olduqdan sonra Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına üz tutdu. İşğalçı siyasətinə dəstək ala bilməyən Ermənistan, dövlətimizin başçısının qeyd etdiyi kimi Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz: “Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır”.

Ermənistan hakimiyyəti bir daha Azərbaycanın beynəlxalq nüfuzunun onlardan qat-qat yüksək olduğunu, KTMT-yə üzv beynəlxalq təşkilatların çoxunun ölkəmizin mövqeyini dəstəklədiyini dərk etdi. Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, təcavüzkar siyasətini davam etdirərsə, ölkələrinin müstəqilliyindən danışmaq bir müddət sonra mümkün olmayacaq. Çünki regionun əsas aparıcı gücü, dövləti Azərbaycandır. Regionda bütün beynəlxalq tədbirlər Azərbaycanın iradəsi ilə, məhz Azərbaycanın istəyi ilə həyata keçirilir. Ermənistanın Tovuz istiqamətindəki təxribatı bir daha göstərdi ki, əksər təşkilatlar Azərbaycanı dəstəkləyir. İlk olaraq qardaş Türkiyə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ərazi bütövlüyünün bərpası üçün əlindən gələni edəcəyini bəyan etdi. Daha sonra müxtəlif beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Təhlükəsizlik Şurası, ABŞ Senatı da ilk dəfə olaraq Azərbaycanın ərazilərinin işğal olduğunu rəsmi tanıdı. Ümumilikdə isə biz açıq-aşkar bəyan edirik ki, heç bir beynəlxalq güclərin təsiri altında deyilik, biz hansısa havadarların çaldığı mahnıları ifa etmirik. Biz yalnız Azərbaycan xalqının inkişafını, Azərbaycan dövlətinin güclənməsini və torpaqlarımızın işğaldan azad olmasını istəyirik. Ermənistan hökumətindən tək tələbimiz işğalçı caynaqlarını ölkəmizdən çəkməsidir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO