Siyasi 06.11.2019 13:55

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verdi

“ReAl-ın partiyaya çevrilməsində Azər Qasımlının ciddi rolu var. Bu işlərinə görə dəfələrlə İlqar Məmmədov ona təşəkkürünü bildirib. Azər Qasımlının Məclis sədrliyindən biz kənarlaşdırmamışıq, özü bu qərarı verib”.

Rakus.az xəbər verir ki, bunu açıqlamasında “Respublikaçı Alternativ” (ReAl) Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azər Qasımlıya dərhal təklif olunub ki, yeni yaradılan təşəbbüs qrupunda və təsis qurultayından sonra formalaşacaq idarəetmə mexanizmlərində də təmsil olunsun: “Əslində, yeni qərarla İlqar Məmmədovun səlahiyyətləri azalır. Mən anlamıram ki, niyə Azər Qasımlı “İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur” fikrinə gəlib. Hesab edirəm ki, onun şəxsi yanaşması məsələləri analiz etməyə mane olur. Əvvəllər partiyanın sədrini qurultay seçirdi və hesabatlılıq demək olar ki, çox aşağı səviyyədə idi. İndi isə əksinə olaraq, yeni təsis qurultayında sədri qurultayın təsdiqlədiyi genişləndirilmiş İdarə Heyəti seçəcək. Burada İdarə Heyəti qarşısında hesabatlılıq olacaq”.

N. Cəfərli güman edir ki, Azər Qasımlının İlqar Məmmədovu yaxından tanımaq imkanı olmayıb: “Çünki Azər Qasımlı bizim təşkilata gələndən sonra İlqar Məmmədov həbsə düşdü. İlqar Məmmədovu yaxından tanıyanlar bilir ki, onun avtoritar olması mümkün deyil. Bundan əlavə, ReAl-ın yaranma fəlsəfəsi kollektiv kimlik üzərində qurulub. Bizim kollektiv kimlikdən imtina etmək fikrimiz yoxdur, bu, mümkün də deyil. Ümid edirəm ki, Azər Qasımlının fikirlərində müəyyən dəyişiklik olacaq. Biz gələcəkdə onu aramızda görməkdən çox xoş olarıq. Hesab edirəm ki, onun məsələləri emosiyasız dəyərləndirməsinə ehtiyacı var. Burada emosional davranmağın yeri yoxdur”.

N. Cəfərli Azər Qasımlının ReAlPartiyasının Məclis toplantılarının birində parlament seçkiləri ilə bağlı seçki qərargahının yaradılması təklifinin İlqar Məmmədov tərəfindən bəyənilmədiyi fikrinə də münasibət bildirib: “Bu, çox normal bir prosedurdur. Dəfələrlə olub ki, İlqar Məmmədovun hətta həbsdə olduğu müddətdə belə göndərdiyi təkliflər ReAıPartiyasının İdarə Heyətindən keçməyib. Burada nə var ki? Əksinə, bu yaxşı bir yanaşmadır. Dəfələrlə olub ki, İlqar Məmmədovun təklifləri İdarə Heyətindən keçməyib. Ola bilər ki, Azər Qasımlının da təklifi keçməsin. Burada nə qəribə bir şey var ki? Şəxsiləşdirmək lazım deyil. Bu, normal və partiya içi demokratik prosesdir”.

ReAl Partiyası İdarə Heyətinin üzvü Erkin Qədirli də Azər Qasımlının istefasına münasibət bildirib. O, “Facebook” səhifəsində qeyd edib ki, bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq, canlı yayımda ReAl-dan getdiyini söyləyib: “Bu mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi, Azər ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, ReAL Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb. O, partiyanın sədri İlqa Məmmədovun ReAl-da avroritar rejim qurmaq istədiyini bildirib. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO