İqtisadi 11.08.2020 16:13

Nazir əkin sahələrini gəzdi - FOTO

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-ci il tarixli Sərəncamına əsasən Bərdə rayonunda baramaqurutma müəssisəsinin tikintisi həyata keçirilir. Kənd Təsərrüfatı naziri İnam Kərimov baramaqurutma müəssisəsində tikinti işlərinin gedişi ilə tanış olub.

Rakus.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ümumi tikinti ərazisi 1,2 hektar olan müəssisə istifadəyə veriləndən sonra burada ümumilikdə 200 ton yaş baramanın qəbulu və qurudulması mümkün olacaq.

Daha sonra nazir İnam Kərimov Bərdə rayonunun Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Azərbaycanda bu il havaların quraq keçdiyini deyən nazir qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün qarşıya konkret və ciddi vəzifələr qoyulub:

“Qlobal istiləşmə bütün dövlətlərdə əsas problem olaraq qalır. Buna görə də su resurslarından səmərəli istifadə olunması qarşıda duran əsas vəzifələrdən biridir. Cənab Prezidentin rəhbərliyi ilə bu mövzuda keçirilən müşavirədə də dəfələrlə qeyd olundu ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir.

Hazırda Azərbaycanda suvarma prosesində innovasiyaların tətbiqi genişlənib. Bunlardan ən geniş yayılanı damla suvarma sistemləridir. Hazırda yüzlərlə təsərrüfatlarda, əsasən də çoxillik əkmələrdə damla suvarma sistemlərindən istifadə olunur.

Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları siyahısına daxil edib. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan istifadə etməyə, təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmağa çağırırıq. Bununla onlar həm məhsuldarlığı artırır, həm də su ehtiyatlarından qənaətlə istifadə etmiş olarlar”.

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi, toxumçu İkram Ziyadovla görüşüb, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb.

Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd nümunəvi fermerlərin müəyyən edilməsi, fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bərdə rayonunda  uzun illərdir taxılçılıqla məşğul olduğunu deyən İkram Ziyadov qeyd edib ki, düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib. “Ayın fermeri” adına layiq görülən İkram Ziyadov xüsusi diplomla təltif olunub.

Ərəblər kəndində fermer İldırım Məlikovun intensiv gilas bağı, Zümürxan kəndində fermer Etibar Cümşüdovun təkrar qarğıdalı sahəsi ilə tanış olan nazir daha sonra Tərtər rayonuna gedərək təcrübə sınaq məntəqəsinin ərazisində yunan texnologiyası əsasında əkilmiş pambıq sahəsinə baş çəkib, Tərtər təcrübə sınaq məntəqəsinin inzibati bina və anbarların tikintisinin gedişi ilə maraqlanıb.

Daha sonra nazir İnam Kərimov Füzuli rayonunda baramaqurutma müəssisəsinin tikintisi ilə tanış olub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO