İqtisadiyyat naziri Mikayil Cabbarov #TəmizƏllər kampaniyasına qoşulub.
Rakus.az xəbər verir ki, o, estafeti #TəmizƏllər kampaniyası çərçivəsində BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaidən qəbul edib.
Nazir videoda sadə gigiyena qaydaları barədə məlumat verib.
M.Cabbarov estafeti UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardinə ötürüb.