Gündəm 30.07.2019 18:29

Nazirlər Kabinetinin iclası keçirildi

İyulun 30-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasında istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında” və “Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

Novruz Məmmədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən strategiya əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının daha da sürətlənməsinə imkan yaradır. Ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur.

Baş Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin 2019-cu il mayın 29-da “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması Energetika Nazirliyinə tapşırılıb. Həmçinin bu Sərəncamla Energetika Nazirliyi ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. “Ölkəmizdə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin keyfiyyətli istilik enerjisi ilə təmin olunması vacib məsələdir. Nazirlər Kabinetinin iclasında bu sahədəki mövcud vəziyyətin müzakirəsi də önəmlidir”,- deyə Baş Nazir diqqətə çatdırıb.

“Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələ ilə bağlı fikirlərini bölüşən Novruz Məmmədov qeyd edib ki, balıqçılıq və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzərə alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. Balıqçılıq sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması, balıqçılıq məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi, baytarlıq-sanitariya tələblərinə uyğun müasir ixtisaslaşdırılmış balıqçılıq məhsullarının satış mərkəzlərinin yaradılması, balıq məhsulları istehsalı və ixracı üzrə marketinq fəaliyyətinin genişləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət daha da genişləndirilməlidir.

Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO