Gündəm 29.08.2019 19:17

Nazirlər Kabinetinin növbəti iclası keçirildi

Bu gün  Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, Baş Nazir bildirib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gömrük işinin sadələşdirilməsi ilə bağlı görülməli olan tədbirlər haqqında” və “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

Novruz Məmmədov bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formalaşmasını Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2018-2019-cu illərdə gömrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. “Bu ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürüb”, – deyən Baş Nazir bildirib ki, müsbət nəticələrlə yanaşı, gömrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmaqdadır. Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl davam etdirilməli, gömrük prosedurları şəffaf şəraitdə daha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir. Baş Nazir həmçinin əlavə edib ki, elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək.

“Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələyə toxunan N.Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir. Bu qayğının təzahürü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda öz əksini tapıb. “2007-2019-cu illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu hesabına 42 daşınmaz tarix və mədəniyyət abidəsində bərpa, konservasiya və yenidənqurma işləri aparılıb, abidələrin ətrafında geniş abadlıq işləri görülüb. 154 tarixi əhəmiyyətli ərazi və abidədə arxeoloji qazıntı işləri aparılıb, elmi tədqiqatların nəticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduqdan sonra xüsusi fond və muzeylərə təhvil verilib”, – deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Vergilər naziri Mikayıl Cabbarovun, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

İclasa yekun vuran Baş Nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO