İdman 31.05.2019 19:56

Nazirlikdə Quarejma ilə görüş keçirildi - FOTO

Mayın 31-də Gənclər və İdman Nazirliyində İstanbulun “Beşiktaş” klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Quarejma ilə görüş keçirilib.

Rakus.az xəbər verir ki, görüşdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov iki gün əvvəl UEFA Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkil edildiyini xatırladaraq, bu tədbirin əsl futbol bayramına çevrildiyini bildirib. Azarkeşlərin və qonaqların öz ölkələrinə xoş təəssüratlarla qayıtdıqlarını deyən nazir əmin olduğunu bildirib ki, onlar dost kimi yenidən Bakıya gələcəklər. R.Quarejmanın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2007-ci il oktyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Portuqaliya qarşılaşması ilə əlaqədar ölkəmizdə olduğunu xatırladan nazir onun yenidən respublikamıza gəlməsindən məmnunluğunu bildirib.

Futbolçu ölkəmizə səfərindən xoş hisslər keçirdiyini, burada yüksək səviyyədə qarşılandığını vurğulayıb. R.Quarejma əvvəllər də Bakıda olduğunu, şəhərimizi çox bəyəndiyi üçün yenidən buraya gəzməyə gəldiyini bildirib. Bakıda UEFA Avropa Liqasının final matçını izlədiyini qeyd edən futbolçu qarşılaşmanın yüksək səviyyədə təşkil olunduğunu, maraqlı oyun izlədiyini deyib.

A.Rəhimov futbolun təbliğində xidmətlərinə və Azərbaycan ilə Portuqaliya arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfəyə görə R.Quarejmaya diplom təqdim edib.

Görüşdən sonra tanınmış futbolçu azarkeşlərlə xatirə şəkilləri çəkdirib.

Xatırladaq ki, R.Quarejma 2009-2010-cu il mövsümündə İtaliyanın “İnter” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb. Futbolçu “Beşiktaş”ın heyətində isə iki dəfə Türkiyə çempionatının qalibi olub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS