“Neftçi” 3:0 hesabı ilə qalib gəldi - FOTO
İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-“Speranta” oyununun ilk hissəsi komandamızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Rakus.az xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Bakı təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. “Neftçi” istəyinə matçın 16-cı dəqiqəsində nail olub. Rauf Əliyevə qarşı kobud oyuna görə rəqibin qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Emin Mahmudov zərbəni dəqiq yerinə yetirib – 1:0. Oyunun 36-cı dəqiqəsində Dario Frederikonun ötürməsindən sonra Stiven-Jozef Monroz hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.
Beləliklə, oyunun ilk hissəsi “Neftçi”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
21:00. “Sperantsa” (Moldova) – “Neftçi” (Azərbaycan) – 0:3
Qol: Emin Mahmudov, 16-pen. Stiven Monroz, 36, Rəhman Hacıyev, 76
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Kişinyov, “Zimbru” stadionu