İdman 02.12.2020 20:34

“Neftçi”də 11 nəfər koronavirusa yoluxdu

Azərbaycanın ən köklü klubu olan “Neftçi”də kütləvi koronavirusa yoluxma halı baş verib. Belə ki, komandanın 11 üzvünün koronavirus testi pozitiv çıxıb.

Rakus.az xəbər verir ki, klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Oxu.Az-a açıqlamasına görə, baş məşqçi Samir Abbasov haqqında hələ qəti qərar bildirmək mümkün deyil:

“Ötən cümə verdiyimiz testdən sonra klubun inzibatçısı, baş meneceri, köməkçi məşqçi Vəfadar Quliyev, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və futbolçu Anton Krivotsyukda pozitiv nəticə çıxmışdı. Dünən yenidən test verdik. Samir müəllimdə şübhəli qalmışıq. Nəticəsi açıqlanmayıb, deyiblər ki, yenidən test verməlidir. Sabah yenidən komanda ilə birgə test verəcək. Buna baxmayaraq, komandadan ayrıdır, izolyasiya olunub.

Dünənki testdən sonra isə tərcüməçimizdə, futbolçulardan Mərt Çəlik, Mamadu Mboc, Voyislav Stankoviç, Fəhmin Muradbəyli və Kamran İbrahimovda pozitiv nəticə çıxdı”.

R.Allahverdiyev komandanın kapitanı Emin Mahmudovun isə artıq sağaldığını bildirib:

“Futbolçulardan Emin Mahmudov, Mirabdulla Abbasov və Cabir Əmirli artıq sağalıb. Onların son verdikləri testin cavabı neqativ çıxıb və artıq məşqlərə başlayıblar. Həmçinin Sabir Buqrində də neqativ nəticə çıxıb. Ancaq qrip olduğu üçün bugünkü məşqdə iştirak etməyib”.

Azərbaycan Premyer Liqasında hazırda üçüncü yerdə qərarlaşmış “Neftçi” dekabrın 5-də “Sabah” klubunun qonağı olacaq. Saat 16:00-da başlayacaq görüş Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da keçiriləcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS