İqtisadi 20.09.2020 13:06

Neftçilərə yeni mənzillər verildi - FOTO

Neftçilər Günü ərəfəsində neft-qaz sənayesi işçiləri üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki İlqar Mirzəyev küçəsi 3 ünvanında inşa edilən 1 girişli 16 mərtəbəli və mansarddan, eləcə də ikimərtəbəli zirzəmidən ibarət olan yeni yaşayış binası istifadəyə verilib.

Rakus.az xəbər verir ki, 96 mənzilin olduğu binada ümumilikdə, 16 üçotaqlı, 64 ikiotaqlı və 16 birotaqlı mənzil var. Binanın ümumi sahəsi 8263,20 kvadratmetr, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi isə 734,2 kvadratmetrdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, qaz plitələri, dəhliz mebeli və çilçıraqla təmin olunub, həyətdə istirahət guşəsi yaradılıb, ətraf ərazi abadlaşdırılıb.

Mənzil alan neftçiləri təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Dünyada baş verən qlobal pandemiyanın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyev neftçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsi şirkətimiz üçün əsas prioritetlərdəndir. Biz, bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

R.Abdullayev binadakı mənzillərin şəraiti ilə tanış olub. Sonra burada mənzil alan neftçilərə order və açarlar təqdim edilib.

2018-ci ilin aprelindən tikintisinə başlanılmış binanın sifarişçisi “Neftçi” MTK, layihəçisi “Kəpəz” YİF, podratçısı isə “Bakıyaşayıştikinti” MMC-dir.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni yaşayış binalarının tikilməsi məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Yaxın zamanlarda Bibiheybət ərazisində yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO