“Neftçi”nin 5, “Qarabağ”ın isə 3 futbolçusu rəmzi komandaya seçildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun rəmzi komandası müəyyənləşib.
Rakus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlili əsasında “11-liy”ə “Neftçi”dən 5, “Qarabağ”dan 3, “Keşlə”, “Sabah” və “Sumqayıt”dan isə hərəyə 1 oyunçu daxil edilib.
VIII turun ən yaxşı oyunçusu “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev olub.
Qapıçı: Səlahət Ağayev – 271 (“Neftçi”)
Müdafiəçilər: Təmkin Xəlilzadə – 305 (“Sabah”) – 2, Kiril Petrov – 263 (“Neftçi”), Franko Flores – 258 (“Keşlə”) – 3, Maksim Medvedev – 273 (“Qarabağ”)
Yarımmüdafiəçilər: Baqali Dabo – 302 (“Neftçi”), Qara Qarayev – 258 (“Qarabağ”) – 2, Rəhman Hacıyev – 318 (“Neftçi”), Dani Kintana – 300 (“Qarabağ”) – 3
Hücumçular: Stiven Monroz – 295 (“Neftçi”) – 3, Mehdi Şərifi – 248 (“Sumqayıt”) – 2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.