“Neftçi”nin 6 üzvündə koronavirus aşkarlandı
“Neftçi” təkrar testdən keçib.
Rakus.az xəbər verir ki, klub testi yenidən pozitiv çıxan futbolçuların adları açıqlayıb.
Bunlar Mamadu Mboc, Kamran İbrahimov, Anton Krivotsyuk, Mərt Çəlik, Fəhmin Muradbəyli və Voyislav Stankoviçdir. Həmçinin qripə yoluxmuş Mərakeş əsilli belçikalı futbolçu Sabir Buqrinin də koronavirusa yoluxduğu açıqlanıb. Bundan başqa, əvəzedici komandanın üzvü, lakin əsas komanda ilə məşqlərdə iştirak edən Fərid Əsgərov və Vüqar Həsənovun da koronavirusa yoluxduğu məlum olub.
Köməkçi məşqçi Vəfadar Quliyevlə yanaşı baş məşqçi Samir Abbasovda da koronavirus aşkarlanıb. Əvəzində qapıçılarla iş üzrə məşqçi Etibar Tarıverdiyin testi neqativ çıxıb.
Bundan başqa, baş menecer Qədir Hüseynov, tərcüməçi Vüqar Əliyev, inzibatçı Zahid Məhərrəmovda təkrar test pozitivdir. Onlara isə fizioterapevt Rasim Qədiməliyev və massajçı Zakir Quliyev qoşulub.
Beləliklə, təkrar testdən sonra daha altı nəfərin koronavirusa yoluxduğu, bir nəfərin isə sağaldığı məlum olub.