Neftə təlabat nə zaman artacaq?
Rusiyanın Energetika naziri Aleksandr Novak deyib ki, dünyada neftə olan tələbatın azalması pik nöqtəyə çatır.
Rakus.az xəbər verir ki, neft bazarında vəziyyətin may-iyun aylarında aydınlaşacağını bildirən nazir bu sahədə balanslaşmanın ilin sonuna, anbarlarda saxlanılan neftin azalmağa başlamasının isə ilin ikinci yarısına təsadüf edəcəyini vurğulayıb.
A.Novak deyib ki, may ayında dünyada biznes fəaliyyətə başlayacaq, bir çox ölkələr koronavirus infeksiyasına görə məhdudiyyətləri aradan qaldıracaq və bu, neftə tələbatın artmasına səbəb olacaq.
Rusiyalı nazir “OPEC+” sövdələşməsinin mayın 1-dən həyata keçiriləcəyini xatırladaraq sövdələşmənin necə səmərə verəcəyini, eləcə də ölkələrin bu razılaşmanın şərtlərinə necə əməl edəcəklərini də müşahidə etmək lazım olduğunu vurğulayıb. A.Novak bildirib ki, neft bazarında vəziyyət aydınlaşmayınca qiymətlər aşağı olacaq.
Onun sözlərinə görə, neftin qiyməti hər zaman aşağı səviyyədə qalmayacaq.