Siyasi 31.01.2025 21:31

“Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Dörd yaşında çıxdığım kəndimizin beynimə həkk olmuş mənzərəsi var” adlı veriliş Dərələyəz mahalının Paşalı rayonunun İstisu kəndində anadan olan Ceyhunə Şirəliyevanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin babasının yanında Terp kəndində keçdiyini, 4 yaşına qədər orada yaşadığını deyib: “Biz uşaq vaxtı kündə daşımaq üçün yarışırdıq. İkimərtəbəli məktəb, Qara Seyid ocağı var idi. Kənddə Nənəballı tayfasının qız-gəlinlərinin toxuduğu xalca məşhur idi. Kəndimizin çox zəngin təbiəti, Qoç bulağı, Çuxuryurd, Terp dağı, Gümüşxana biçənəyi var idi. Bu toponimlər Azərbaycan tüklərinə xasdır. Sakinlər çaşır, əvəlik yığardılar. Novruz fərqli bayram kimi keçirilərdi. Yumurtaları vaxtından əvvəl seçib boyayardıq. Qonşuların evinə baca-bacaya gedərdik. Toyda yallı gedərdilər, küsülülər barışardılar”.

Onun sözlərinə görə, 4 yaşında kənddən məcbur köçürülüblər: “Qarlı-qışlı bir hava, qaranlıq bir gecə idi. Kənd camaatı yolda erməni hücumlarına məruz qaldılar, əllərindən mal-heyvanını aldılar, hədə-qorxu gəldilər. Yolda maşınları yandırdılar. İnsanlara hücum çəkdilər, cavan oğlanlarımızı öldürdülər. 1988-ci ildə noyabrların axırları idi. Hamı öz ailəsinin qocasını, cavan qız-gəlinini və uşaqlarını, körpələrini çıxardılar. Yolda hamilə qadınlarımız stresdən, həyacandan doğum etmişdilər, övladları tələf olmuşdu. Beləliklə, baş verən deportasiya nəticəsində kənd sakinləri doğma yurdlarından zorla çıxarıldı. Əşyalarımız, fotolarımız – hər şeyimiz o kənddə qaldı. Əhalinin böyük hissəsi Qarabağ bölgəsinə köçürüldü və bu da sonradan ikinci faciəyə səbəb oldu. 1992-ci ildə Xocalı soyqırımı zamanı Terp kəndindən 19-dan çox insan şəhid oldu, itkin düşdü, girov qaldı. Bizim ailəmiz Mingəçevrə, oradan da Bakıya gəldi. Nənəm bu iqlimə uyğunlaşmadı və Şamaxının Meysəri kəndinə köçdü”.

C.Şirəliyeva hazırda Terp kəndinin keçmiş sakinlərinin Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını və doğma yurda qayıdacaqları günü gözlədiklərini bildirib: “Məni o torpaqda babamın yeridiyi o ləpirlər səsləyir. Orada anadan olub, yaşadığım həyat tərzi, o təbiət, yurd-yuvam məni geri çağırır. Bizim orada yaşamağımız haqqımızdır. İnşallah ki, bu arzularıma çatacıq və yenə də babamın əkdiyi  ağaclardan ərik yığacam”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 31-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS