Nəqliyyat dəhlizlərinin potensialı müzakirə olundu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.
Rakus.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılması müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun istismarının ölkələrimiz arasında yükdaşımalarının inkişafına təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər müzakirə edilib. Eyni zamanda, ölkələrimiz arasında aviasiya, avtomobil nəqliyyatı, su nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.